Beyləqanda dörd otaqlı evdə yanğın

Beyləqanda dörd otaqlı evdə yanğın

Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə, digər otağın 1 ədəd qapısı, pəncərə çərçivəsi və dam örtüyü 60 m² sahədə yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə