Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Beş gün əvvəl Tovuzda su anbarında batmış şəxsin meyiti tapılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda bildirilib ki, ayın 23-də Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə