Gəncədə ikimərtəbəli binada yanğın

Gəncə şəhərində kafe və bir neçə obyektin fəaliyyət göstərdiyi 2 mərtəbəli binada yanğın olub. SİA-nın məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində yerləşən obyektlərin birində qeydə alınıb.

Ümumi sahəsi 300 kvadratmetr olan obyektdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə nəticəsində obyektin 100 kvadratmetr sahəsi əşyalarla birgə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürlüb.

Qeyd edək ki, binada kafe, salon və digər məqsədli fəaliyyətlər göstərən ofislər olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə