90 cinayətin açılması təmin olunub - DİN

90 cinayətin açılması təmin olunub - DİN

Mayın 25-26-da ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə