Sumqayıtda piyadanı maşın vurub

Sumqayıtda piyadanı maşın vurub

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Məstəliyev Zamil Xanlar oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Beyzadi Nazim Əşrəf oğlunu vurub.

Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə