Lənkəranda “KamAZ” sürücünün üzərinə aşıb

Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə rayonun Qurumba kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı yük maşınının təkərini dəyişmək istəyib. Bu zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə