Naxçıvanda yol qəzası olub, xəsarət alan var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Şıxmahmud kənd sakini, 1988-ci il təvəllüdlü Qafarov Tofiq Əşrəf oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə