Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov dəfn edilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov dəfn edilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb. SİA-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə