Bakıda avtomobil 77 yaşlı qadını vurub

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, metronun “Sahil” stansiyasının yaxınlığında yolu keçən 1947-ci il təvəllüdlü Fərəcova Mükafat Qurban qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə