Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhərinin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106"markalı minik avtomobili şəxsiyyəti hələ dəqiqləşdirilməyən 35-40 yaşlarında olan qadını vurub.

Ağır xəsarət alan qadın təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onun həyatını xilas etmək mümkün olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə