Qıza sataşdığı üçün öldürülüb...

Kazanda, Çistopolskaya küçəsində yerləşən suşi-barda qanlı insident baş verib.

SİA-nın Mash İptash Telegram kanalına istinadən xəbər verir ki, sərxoş halda kafeyə gələn biri, “yetənə yetib, yetməyənə isə daş atmağa” başlayıb.

Belə ki, sərxoş kafedəki qızlardan birinə sataşmağa başlayıb.

Bu arada kafedə olan gənclərdən biri qızın müdafiəsinə qalxıb.

Bundan sonra, sərxoş kişini küçəyə itələn gənc, ona bir neçə bıçaq zərbəsi vurub.

Və bundan sonrz heç nə olmamış kimi kafeyə qayıdıb və “dincəlməyə davam edib”.

Və bir müddət sonra Çistopolskaya küçəsində, içki mağazasının yaxınlığında bıçaqlanmış kişi meyiti tapılıb.

Hadisə yerində polis və təcili yardım əməkdaşları çağırılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə