Zabratda 600 kvadratmetr sahədə qamışlıq və quru ot yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən neft buruqları və yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində açıq ərazidə 600 kvadratmetr sahədə qamışlıq və quru ot yanıb.

Ərazidə yerləşən neft buruqları və yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə