Nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən “Abşeron” restoranında yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından, obliqat qrupuna daxil olan işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi, mətbəx sahəsinin döşəmə, divar və tavan səthlərinin hamar və təmirli olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə