Xaçmazda itkin düşən 46 yaşlı kişi axtarılır

İtkin düşən 46 yaşlı şəxs axtarılır. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yaşayan 46 yaşlı Murad Ziyayev 2023-cü il noyabr ayında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

M.Ziyayevin ruhi xəstə olduğu bildirilir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə