Yasamalda yaşayış binasının zirzəmisinə dolan su çəkilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisinə su anbarının zədələnməsi nəticəsində su dolması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

https://youtu.be/8rPpYwI8TpI

Bütün xəbərlər Facebook səhifəmizdə