Qazaxda və Şəmkirdə itkin düşən şəxslər tapılıb

Qazax və Şəmkir rayonlarında itkin düşən iki nəfər tapılıb. SİA-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşmüş Qazax rayon sakini M. İsayeva (16.04.2024-də itkin düşüb) və Şəmkir rayon sakini H. Əlizadənin (14.05.24- də itkin düşüb) yeri müəyyən edilərək tapılıb və ailələrinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə