Bakıda qadın avtobusdan yıxılaraq ölüb

Bakıda qadın avtobusdan yıxılaraq ölüb

Bakıda qadın avtobusdan yıxılaraq ölüb. SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi "Daewoo" markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə