Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi

Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov faciəvi helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı dost ölkənin daxili işlər naziri Əhməd Vahidiyə başsağlığı məktubu göndərib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir Ə.Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə