3,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb - DİN

3,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb - DİN

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 3,3 kiloqramdan çox narkotik vasitə, həmçinin 114 preqabalin və ekstazi həbi aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 3 tüfəng, 6 patron darağı və 430 müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə