Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, sürücü avtomobil hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Hadisə zamanı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Vəliyev Xalid Razi oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB