Bu ilin ilk üç ayında 828 əkiz, 39 üçəm doğulub

Bu ilin ilk üç ayında 828 əkiz, 39 üçəm doğulub

Bu ilin ilk üç ayında Azərbaycanda 24 min 526 körpə dünyaya gəlib, onlardan 828-i əkiz, 39-u üçəmdir. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, körpə doğumu ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə münasibətdə azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə