Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülüb - FOTOLAR - VİDEO

Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülüb - FOTOLAR - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Göygol və Gədəbəydə qanunsuz tikililəri söküb. Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Gədəbəy şəhəri ərazisində vətəndaşlar tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq Göygöl və Gədəbəy Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə