Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə