Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə