İnzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib

Dövlət qeydiyyat nişanına müdaxilə edərək inzibati məsuliyyətdən yayınmağa çalışan “Toyota” markalı, 99-LY-942 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quliyev Bağış Tapdıq oğlu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı B.Quliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə B.Quliyevin sürücülük hüququ 9 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə