Dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb - digərinin vəziyyəti ağırdır

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır. SİA-nın Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və Hümbətova Filiz Emin qızı dəm qazından zəhərlənib.

Məlumata əsasən, zəhərlənmə nəticəsində Emil Hümbətov ölüb, F.Hümbətova isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə