Ucarda narkokuryer saxlanılıb

Ucarda narkokuryer saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb. Ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb.

Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Digər layihələrimiz


VTB