Balakəndə bələdiyyə mülkiyyətindəki torpaq sahəsində qanunsuz tikili sökülüb - FHN
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Balakən rayonunun Hənifə kəndində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayıb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB