Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb. Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna məlumat verilib.
Bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb.
Nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB