Leysan Göyçay, Qəbələ və İsmayıllıda fəsadlar törədib

Leysan Göyçay, Qəbələ və İsmayıllıda fəsadlar törədib

Dünən gecə saatlarında başlayan leysan yağışları bir nece rayonda fəsadlar törədib. SİA xəbər verir ki, leysan yağışları nəticəsində İsmayıllı rayonunun Qurbanəfəndi, Yeni yol, Qəbələ rayonunda Bunud, Həzrə və İmamlı kəndlərində, Göyçay rayonunun Potu, eləcə də Qarabaqqal kəndlərində sel yol və şəxsi təsərrüfatlara ziyan vurub.

Hazırda ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bölgədə leysan yağışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə