Ötən həftə 880 hektar ərazi minalardan təmizlənib

Ötən həftə 880 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (06.05.2024 - 12.05.2024) açıqlanıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 6 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 358 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 880.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə