Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. SİA DİN-ə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB