Sabunçuda avtomobillər toqquşub - xəsarət alan var

Sabunçuda avtomobillər toqquşub - xəsarət alan var

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1976-cı il təvəllüdlü Adilov Rahib Adil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə