Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.
Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Hüseynov Rəsul Anar oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB