Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 2004-cü il təvəllüdlü İsayev Ömər Rövşən oğlu, 1989-cu il təvəllüdlü Heydərov Vəkil Adil oğlu, 1976-cı il təvəllüdlü Müzəffərov Elçin Abbasağa oğlu və 1978-ci il təvəllüdlü Müzəffərova Natavan Əyyüb qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə