Moskvanın qərbində tərk edilmiş binada yeniyetmə qız faciəvi şəkildə ölüb. Məktəbli qız və bir qrup yeniyetmə fotoşəkil çəkdirmək üçün gizli şəkildə tikinti sahəsinə daxil olublar.
SİA-nın əldə etdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, hadisə şənbə günü, mayın 11-də Davydkovskaya küçəsində baş verib.
Verilən məlumata görə, qız 11-ci mərtəbənin hündürlüyündən havalandırma şaxtasına düşüb. Nəticədə o, yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət məcəlləsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
Istintaq Moskva prokurorluğu tərəfindən nəzarətə götürülüb. ...Prokurorluq Moskvanın qərbində azyaşlılarla baş verən insidentin hallarının müəyyən edilməsinə nəzarət edir.
Bu, nəzarət agentliyinin bəyanatında deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB