Azərbaycanın cənub bölgəsində zəlzələ olub

Azərbaycanın cənub bölgəsində zəlzələ olub

Lənkəranda zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yerli vaxtla saat 17:23-də Lənkəranda zəlzələ qeydə alınıb. Təqribən 10 saniyə davam edən zəlzələni daha çox çoxmərtəbəli binalarda yaşayanlar hiss edib.

17:39

Mayın 11-də Talış dağlıq zonasında, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

SİA AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 5.2-yə bərabər olub.

Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə