“UAZ” yol qırağındakı avtomobilə çırpılıb

Bakıda ölümlə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, Adil Əliyev idarə etdiyi "UAZ" markalı avtomobillə yolun kənarında dayanmış "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə "Mercedes"in içində olan, taksi kimi fəaliyyət göstərən Arif İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə