Bakıda "Prius" piyada qadını öldürüb

Bakıda "Toyota Prius" qadını vuraraq öldürüb. SİA xəbər verir ki, Binəqədi rayonu ərazisində Orxan Həsənov idarə etdiyi " Toyota Prius" markalı avtomobillə piyada Xoşqədəm Həsənovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə