Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb. SİA-nın məlumatına görə, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə