Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub - DİN

Aprelin 30-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarılan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə