İtkin düşmüş şəxslərin bəzilərinin qalıqları ailələrinə təhvil veriləcək

Bu gün adları açıqlanan itkin düşmüş şəxslərin bəzilərinin qalıqları ailələrinə təhvil veriləcək. SİA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.

Qeyd olunub ki, əvvəlcə Beyləqan rayonundakı 10 nəfər, Edilli, Daşaltı və Sarıcalı kəndində müəyyən olunmuş şəhidlərin qalıqları ailələrinə təhvil veriləcək.

O bildirib ki, dəfn prosesi ailələrin arzusuna uyğun olaraq həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə