43 cinayətin açılması təmin olunub - DİN

Aprelin 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə