İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb - YENİLƏNİB - FOTOLAR

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan əkiz körpələrdən biri ölüb. SİA xəbər verir ki, yol qəzasında xəsarət alan 2024-ci il təvəllüdlü əkiz qardaşlar Niftullayev Nurlan Nemət oğlu və Niftullayev Firudin Nemət oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Nurlanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 4 radələrində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə