Bakıda zəncirvari qəza olub - Çox sayda maşın zərər görüb

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, Rəşid Behdudov küçəsində bir neçə avtomobil toqquşub.

Qəza zamanı bir neçə avtomobilə və piyada səkisinə zərər dəyib.

Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə