Hindistanın vəhşi fil 4 nəfəri tapdalayaraq öldürüb

Hindistanın şimal-şərqindəki Assam əyalətində şənbə günü iki meşə işçisi də daxil olmaqla, azı dörd nəfər vəhşi fil tərəfindən tapdalanaraq öldürülüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Assamın mərkəzi şəhəri Dispurdan təxminən 147 kilometr şimal-şərqdə, Sonitpur rayonunun Dhiraimajuli bölgəsində baş verib.

Meşə idarəsi dərhal həyəcan siqnalı verərək, şəxsi heyəti əraziyə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə