Hindistanda avtobusla yük maşını toqquşub və...

Hindistanın şimalındakı Uttar Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə yerli polis məlimat yayıb.

Qəza Uttar Pradeş ştatının Unnao bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə