Polisin xidməti maşını...vurulub?

Sankt-Peterburqun Admiralteyski rayonunda polisin xidməti maşınının iştirakı ilə qəza baş verib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimal paytaxtı üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, qəza çərşənbə günü, aprelin 24-də saat 11:00 radələrində İzmailovski prospektindəki 16 nömrəli evin yaxınlığında qeydə alınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, “Hino” mikroavtobusu həmin vaxt iki polis əməkdaşının olduğu polis maşınına çırpılıb.

Toqquşma nəticəsində polis əməkdaşlarından biri yaralanıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Baş İdarəsindən əlavə ediblər ki, qəza ilə bağlı artıq araşdırma aparılır. Qəzanın bütün halları dəqiqləşdirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə