Qonşu qonşunun avtomobilini yandırıb...

Sankt-Peterburqun Admiralteyski rayonunda evlərin birinin həyətində gecə saatlarında avtomobil yanıb.

Sonradan avtomobilin qəsdən yandırıldığı məlu olub.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, hər şey Vereyskaya küçəsindəki 2/60 saylı evin yaxınlığında baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları “Toyota Land Cruiser 200” markalı avtomobilin mühərrik hissəsini yanmış vəziyyətdə aşkar ediblər.

Yandırılan avtomobilin işsiz 43 yaşlı Sankt-Peterburq sakininə məxsus olduğu müəyyən edilib. Maddi ziyan təxminən 3 milyon rubl təşkil edib.

Bir neçə saat sonra cinayət axtarışı əməkdaşları yanğın törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Onun zərərçəkmiş şəxsin əvvəllər bir neçə dəfə məhkum olunmuş 44 yaşlı qonşusu olduğu üzə çıxıb.

Məlum olub ki, hücum edən şəxs avtoxuliqanlıq məqsədilə qonşunun avtomobilini yandırıb. Həmin şəxsə qarşı cinayət işi başlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə