Sabunçu qəsəbəsində açıq ərazidə başlayan yanğın söndürülüb - YENİLƏNİB

Bakının Sabunçu rayonun Sabunçu qəsəbəsində açıq ərazidə başlayan yanğın söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə